Dünya Futbolu

“Udinese” heyətini gücləndirib

Bakı, 5 avqust, Tsport.az

Gürcüstan milli komandasının gənc mərkəz müdafiəçisi Saba Goglichidze İtaliya karyerasını yeni klubda davam etdirəcək.

Tsport.az xəbər verir ki, 21 yaşlı futbolçu “Empoli”dən A Seriyasının digər təmsilçisi “Udinese”yə keçib.

“Udinese”nin rəsmi saytında yayımlanan məlumata görə, gürcü müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Yerli mediada yayılan xəbərlərə əsasən, bu transfer “Udinese” klubuna 4 milyon avroya başa gəlib.

Qeyd edək ki, Saba Goglichidze Gürcüstanın “Torpedo Kutaisi” klubunun yetirməsidir. O, bu ilin yanvarında “Empoli”yə keçməklə İtaliya A Seriyasında çıxış etməyə başlamışdı. Gənc futbolçu indiyədək Gürcüstan milli komandasının heyətində 3 oyun keçirib.