UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verildi
Bakı, 2 may, Tsport.az
UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində ilk oyunlar baş tutub.
Tsport.az xəbər verir ki, “Manchester United” səfərdə “Athletic Club” üzərində 3:0 hesablı qələbə qazanaraq finala doğru əhəmiyyətli addım atıb. Digər qarşılaşmada isə “Tottenham” doğma meydanda “Bodø/Glimt”i 3:1 hesabı ilə məğlub edib.
Yarımfinal, ilk oyunlar:
- Tottenham (İngiltərə) – Bodø/Glimt (Norveç) 3:1
- Athletic Club (İspaniya) – Manchester United (İngiltərə) 0:3
Qeyd edək ki, cavab oyunları 8 may tarixində keçiriləcək.