UEFA Çempionlar Liqası: “Qarabağ” 1-0 “Şelburn”
Bakı, 30 iyul, Tsport.az
21:55
UEFA Çempionlar Liqasında “Qarabağ” evdə İrlandiya təmsilçisi “Şelburn”u qəbul edib.
Tsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç 1-0 başa çatıb.
Beləliklə Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
20:44
UEFA Çempionlar Liqasında “Qarabağ” evdə İrlandiya təmsilçisi “Şelburn”u qəbul edir.
Tsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesab açılıb: 1-0.
44-cü dəqiqədə avtoqolla Ağdam klubu hesabda irəli keçib. Avtoqolun müəllifi Con Martin olub.
20:00
UEFA Çempionlar Liqasında “Qarabağ” evdə İrlandiya təmsilçisi “Şelburn”u qəbul edir.
Tsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç start götürüb.
Baş hakim: Andrea Kolombo
Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni
Dördüncü hakim: Kevin Bonakina
VAR: Daniele Doveri
AVAR: Daniele Paterna(Hakimlər briqadası İtaliyadandır)


FOTO: Sevinc Aydın