UEFA Çempionlar Liqasında bu gün daha 2 oyun baş tutacaq
Bakı, 9 aprel, Tsport.az
Bugün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki qarşılaşması baş tutacaq.
Tsport.az xəbər verir ki, Paris Saint-Germain (PSG) öz evində “Aston Villa”nı qəbul edəcək, bir digər qarşılaşmada isə “Barcelona” “Borussia Dortmund” ilə üz-üzə gələcək.
1/4 final mərhələsinin cavab matçları isə aprelin 15-16-da keçiriləcək.
23:00 – Paris Saint-Germain (Fransa) – Aston Villa (İngiltərə)
23:00 – Barcelona (İspaniya) – Borussia Dortmund (Almaniya)