UEFA Çempionlar Liqasında yarımfinal oyunları üçün hakim təyinatları açıqlandı
Bakı, 28 aprel, Tsport.az
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.
Tsport.az xəbər verir ki, “Arsenal” ilə “PSG” arasındakı qarşılaşmanı Slavko Vinčić idarə edəcək. Bu matç sabah baş tutacaq.
Digər tərəfdən, “Barcelona” ilə “Inter” arasında keçiriləcək oyunu isə fransalı hakimlər idarə edəcək. Oyunun baş hakimi Clément Turpin olacaq. Bu matç isə ayın 30-da keçiriləcək.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.