Dünya Futbolu

UEFA Çempionlar Liqasının final matçını kim idarə edəcək?

Bakı, 12 may, Tsport.az

UEFA Çempionlar Liqasının 2025-ci il final matçında ədaləti István Kovács
ın rəhbərlik etdiyi rumıniyalı hakimlər briqadası qoruyacaq.

Tsport.az xəbər verir ki, “Paris Saint-Germain” və “Inter” klubları arasında keçiriləcək həlledici qarşılaşmada baş hakimə onun həmyerliləri — Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.

Juan Pinheiro (Portuqaliya) dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR otağında isə Dennis Higler (Niderland) əsas, Catalin Popa (Rumıniya) isə onun köməkçisi olacaq.

Qeyd edək ki, “PSG” və “Inter” arasında baş tutacaq bu möhtəşəm final mayın 31-də, Münhendə, “Allianz Arena” stadionunda keçiriləcək.