UEFA Çempionlar Liqasının ilk oyununun ən yaxşı futbolçusu bəlli olub
Bakı, 11 aprel, Tsport.az
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununun ən yaxşı futbolçusu müəyyən edilib.
Tsport.az xəbər verir ki, “Real Madrid”ə qarşı cərimə zərbəsindən iki möhtəşəm qol vuran “Arsenal”ın futbolçusu Deklan Rays, səsvermə nəticələrinə əsasən bu mükafata layiq görülüb. O, digər namizədləri geridə qoyaraq ən yaxşı oyunçu seçilib.
Qeyd edək ki, “Arsenal” öz meydanında “Real Madrid”i 3:0 hesabı ilə məğlub edərək üstünlük əldə edib.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-16-da keçiriləcək.