Dünya Futbolu

UEFA Çempionlar Liqasının tarixində yeni rekorda imza atılıb

Bakı, 9 aprel, Tsport.az

UEFA Çempionlar Liqasının tarixində yeni bir səhifə açılıb.

Tsport.az xəbər verir ki, “Arsenal”ın ulduz futbolçusu Declan Rice
, Madridin “Real” komandası ilə keçirdiyi matçda inanılmaz bir performans sərgiləyərək, cərimə zərbəsindən iki dəfə topu rəqibin qapısına göndərməklə bu rekordunu yeniləyib.

Rice bu uğurla, 1/4 final mərhələsinin ilk oyununda dubl edən məşhur futbolçular – Rivaldo, Cristiano Ronaldo, Neymar və Hakim Ziyechin uğurunu təkrarlamış olub.

“Arsenal”ın böyük qələbəsində önəmli rol oynayan başqa bir isim isə Mikel Merino olub. Hər iki futbolçunun qol vurduğu qarşılaşmada “Real”a 3:0 hesabı ilə üstünlük təmin edilib. Bu nəticə “Arsenal”a vacib bir mərhələyə yüksəlməkdə böyük kömək edib.