UEFA Çempionlar Liqası:”Qarabağ” “Kopenhagen”ə qarşı
Bakı, 1 oktyabr, Tsport.az
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.
Tsport.az xdəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi Azərbaycan çempionu II turda Bakıda Danimarka təmsilçisi “FC Kopenhagen”lə qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq. Görüşü Niderlandlı FIFA referisi Serdar Gözübüyük idarə edəcək.
Xatırladaq ki, “Qarabağ” ilk turda səfərdə Portuqaliya nəhəngi “Benfica” üzərində 3:2 hesablı qələbə qazanıb. “Kopenhagen” isə Almaniya klubu “Bayer 04 Leverkusen” ilə evdə 2:2 hesablı heç-heçə edib.