UEFA-dan Azərbaycan klublarına ödəniş
Bakı, 15 iyul , Tsport.az
UEFA 2024/2025 mövsümünə dair “Həmrəylik ödəmələri” proqramı çərçivəsində Azərbaycanın 9 futbol klubuna ümumilikdə 1.279.000 avro məbləğində maliyyə dəstəyi göstərib.
Tsport.az xəbər verir ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə birbaşa klub hesablarına köçürülüb.
Bu proqramdan “Qarabağ” klubu istisna olmaqla aşağıdakı komandalar faydalanıb:
Klub Adı | Ödəniş Məbləği |
---|---|
Neftçi | 142.111 avro |
Səbail | 142.111 avro |
Araz-Naxçıvan | 142.111 avro |
Sumqayıt | 142.111 avro |
Sabah | 142.111 avro |
Şamaxı | 142.111 avro |
Zirə | 142.111 avro |
Turan Tovuz | 142.111 avro |
Kəpəz | 142.111 avro |