Dünya Futbolu

UEFA-dan Diogo Jota və qardaşının xatirəsinə 1 dəqiqəlik sükut

Bakı, 3 iyul , Tsport.az 

UEFA bu gün və sabah keçiriləcək Avro-2025 qadınlar arasında Avropa çempionatının bütün oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan edib.

Tsport.az xəbər verir ki, bu qərar Portuqaliya millisinin və “Liverpool”un hücumçusu Diogo Jota və onun 26 yaşlı qardaşı André Silvanın faciəvi yol qəzasında həlak olması ilə bağlıdır.

UEFA-nın açıqlamasında qeyd olunur:

“Bu gün və sabah keçiriləcək bütün oyunlarda Diogo Jota və onun qardaşı André Silva xatirəsinə bir dəqiqəlik sükutla başlanacaq”.