Dünya Futbolu

UEFA-dan Halil Umut Melerə vəzifə

Bakı, 9 oktyabr, Tsport.az

FIFA lisenziyalı türk hakim Halil Umut Meler 2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsi J qrupu çərçivəsində sabah Belçika ilə Şimali Makedoniya arasında keçiriləcək oyunu idarə edəcək.

Tsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, görüş Belçikanın Gent şəhərindəki Gent Arenada oynanacaq və Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Halil Umut Melerin köməkçiləri Abdullah Bora Özkara və Bersan Duran olacaq. Oyun zamanı dördüncü hakim kimi Kadir Sağlam, VAR-da Fedayi San (İsveçrə), AVAR funksiyasında isə Onur Özütoprak xidmət göstərəcək.