UEFA “Drogheda United”i Konfrans Liqasından uzaqlaşdırdı
Bakı, 13 iyun , Tsport.az
İrlandiyanın “Drogheda United” klubu UEFA-nın qərarı ilə 2025/26 mövsümündə Konfrans Liqasından kənarlaşdırılıb.
Tsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA-nın qərarına səbəb “Drogheda United”i maliyyələşdirən şirkətin Konfrans Liqasında çıxış edəcək Danimarkanın “Silkeborg IF” klubunun da sponsoru olmasıdır. Reqlamentə əsasən, eyni sahibkara məxsus olan komandalar eyni turnirdə iştirak edə bilməz.
Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyini açıqlayıb.