UEFA Gənclər Liqası: “Trabzonspor U-19”-“İnter U-19”-a qarşı
Bakı, 31 mart, Tsport.az
Trabzonspor U-19 komandası UEFA Gənclər Liqasının dörddəbir finalında Inter U-19 ilə qarşılaşacaq.
Tsport.az xəbər verir ki, tünd qırmızı-mavililər bu mühüm qarşılaşmada qələbə qazanaraq adını yarımfinala yazdırmaq niyyətindədir. Oyun üçün azarkeşlərin stadiona böyük maraq göstərəcəyi gözlənilir.
Trabzonspor bu mərhələdən keçəcəyi təqdirdə Salzburg – Olympiakos cütünün qalibi ilə qarşılaşacaq. UEFA Gənclər Liqasının yarımfinal oyunları 25 aprel 2025-ci ildə İsveçrənin Nyon şəhərində neytral meydançada keçiriləcək.
Bundan əvvəlki ev oyunlarında olduğu kimi, bu dəfə də Trabzonspor azarkeşləri stadiona ödənişsiz daxil ola biləcək.
Qeyd edək ki, qarşılaşma 1 aprel çərşənbə axşamı, saat 19:00-da Papara Park stadionunda baş tutacaq.