Dünya Futbolu

UEFA iki liqa matçının xaricdə keçirilməsinə icazə verib

Bakı, 7 oktyabr, Tsport.az

UEFA, İspaniya LaLiga-da keçiriləcək “Villarreal” – “Barcelona” və İtaliya Serie A-da baş tutacaq “Milan”–”Como” oyunlarının ölkə hüdudlarından kənarda oynanmasına razılıq verib.

Tsport.az xəbər verir ki, qurumun rəsmi açıqlamasında bildirilib ki, klubların müraciətləri müvafiq qaydalarındakı boşluqlar səbəbilə istisna hal kimi və könülsüz şəkildə təsdiqlənib.

UEFA prezidenti Aleksander Čeferin qərarı şərh edərək, bunun “üzücü, lakin zəruri” addım olduğunu bildirib:

“Bu qərar gələcək üçün presedent (nümunə) kimi qiymətləndirilməməlidir.”

Qərara əsasən, LaLiga təmsilçilərinin “Villarreal” – “Barcelona” qarşılaşması ABŞ-ın Mayami şəhərində, Serie A-nın “Milan” – “Como” oyunu isə Avstraliyanın Pert şəhərində keçiriləcək.