UEFA Konfrans Liqası: “Zirə” – “Hajduk” matçında bərabərlik!
Bakı, 23 iyul , Tsport.az
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “Hajduk”komandaları Bakcell arenada qarşılaşıb.
Tsport.az xəbər verir ki, “Zirə” – “Hajduk”(Xorvatiya) oyununda hesab “Zirə”nin xeyrinə açılıb.Belə ki, 31-ci dəqiqədə Brahim Konate fərqlənib.Daha sonra isə rəqib komanda heyətində 68-ci dəqiqədə Antoni Kalik fərqlənib.Bununla da hesab bərabərləşdi 1:1.
Oyun UEFA Konfrans Liqasının Il təsnifat mərhələsinin ilk oyununda”Zirə”,Xorvatiya təmsilçisi “Hajduk” la heç-heçəylə sonlandı.1:1
Qeyd edək ki,qarşılaşmanı yunanıstanlı referi Kristos Vergetis idarə etdi.
Həmçinin komandalar arasında cavab oyunu isə iyulun 30-da Xorvatiyada keçiriləcək.