Azərbaycan FutboluDünya Futbolu

UEFA Konfrans Liqasında təmsilçilərimizin potensial rəqibləri müəyyənləşir

Bakı, 21 iyul , Tsport.az 

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Tsport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq tədbirdə ölkəmizi turnirdə təmsil edən “Sabah“,”Zirə” və “Araz-Naxçıvan” klublarının potensial rəqibləri də bəlli olacaq.

“Sabah” və “Zirə” üçün ehtimal olunan rəqiblər

SabahPetrocub (Moldova) cütünün, Zirə isə Hajduk Split (Xorvatiya) ilə qarşılaşmanın qalibi kimi “səpələnmişlər səbətində” yer alacaqlar. Bu komandalar aşağıdakı cütlüklərin qaliblərindən biri ilə qarşılaşa bilərlər:

  • Raków (Polşa) / Žilina (Slovakiya)
  • Aris Limassol (Kipr) / Puskás Akadémia (Macarıstan)
  • Atlètic Club d’Escaldes (Andorra) / Dinamo City (Albaniya)
  • Celje (Sloveniya) – AEK Larnaca (Kipr) (Avropa Liqası məğlubu)
  • Levski Sofia (Bolqarıstan) – Braga (Portuqaliya) (Avropa Liqası məğlubu)

“Araz-Naxçıvan” üçün ehtimal olunan rəqiblər

“Araz-Naxçıvan” – Aris Thessaloniki (Yunanıstan) cütünün qalibi kimi “səpələnməmişlər səbətində” yer alır. Bu halda mümkün rəqiblər aşağıdakılardır:

  • Aktobe (Qazaxıstan) / Sparta Prague (Çexiya)
  • Omonia (Kipr) / Torpedo Kutaisi (Gürcüstan)
  • Zimbru (Moldova) / Astana (Qazaxıstan)
  • Riga (Latviya) / Dila Gori (Gürcüstan)
  • Hibernians (Malta) / Spartak Trnava (Slovakiya)