UEFA Konfrans Liqasında təmsilçilərimizin potensial rəqibləri müəyyənləşir
Bakı, 21 iyul , Tsport.az
Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Tsport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq tədbirdə ölkəmizi turnirdə təmsil edən “Sabah“,”Zirə” və “Araz-Naxçıvan” klublarının potensial rəqibləri də bəlli olacaq.
“Sabah” və “Zirə” üçün ehtimal olunan rəqiblər
Sabah – Petrocub (Moldova) cütünün, Zirə isə Hajduk Split (Xorvatiya) ilə qarşılaşmanın qalibi kimi “səpələnmişlər səbətində” yer alacaqlar. Bu komandalar aşağıdakı cütlüklərin qaliblərindən biri ilə qarşılaşa bilərlər:
- Raków (Polşa) / Žilina (Slovakiya)
- Aris Limassol (Kipr) / Puskás Akadémia (Macarıstan)
- Atlètic Club d’Escaldes (Andorra) / Dinamo City (Albaniya)
- Celje (Sloveniya) – AEK Larnaca (Kipr) (Avropa Liqası məğlubu)
- Levski Sofia (Bolqarıstan) – Braga (Portuqaliya) (Avropa Liqası məğlubu)
“Araz-Naxçıvan” üçün ehtimal olunan rəqiblər
“Araz-Naxçıvan” – Aris Thessaloniki (Yunanıstan) cütünün qalibi kimi “səpələnməmişlər səbətində” yer alır. Bu halda mümkün rəqiblər aşağıdakılardır:
- Aktobe (Qazaxıstan) / Sparta Prague (Çexiya)
- Omonia (Kipr) / Torpedo Kutaisi (Gürcüstan)
- Zimbru (Moldova) / Astana (Qazaxıstan)
- Riga (Latviya) / Dila Gori (Gürcüstan)
- Hibernians (Malta) / Spartak Trnava (Slovakiya)