Dünya Futbolu

UEFA Konfrans Liqasında yarı final rövanşları sabah keçiriləcək

Bakı, 7 may, Tsport.az

UEFA Konfrans Liqasında yarı final rövanş qarşılaşmaları sabah baş tutacaq.

Tsport.az xəbər verir ki, bu oyunlarda “Chelsea”, “Djurgarden”i, “Fiorentina” isə “Real Betis”i qəbul edəcək. Qarşılaşmalar yerli vaxtla sabah saat 23:00-da başlayacaq.

İngiltərənin “Chelsea” komandası, ilk oyunda səfərdə İsveç təmsilçisi “Djurgarden”i 4-1 məğlub edib. İlk oyunu fərqli qazanan “Chelsea”, bu nəticə ilə revanş öncəsi böyük üstünlük əldə edib.

İspaniyanın “Real Betis” komandası isə ilk oyunda öz meydanında İtaliya təmsilçisi “Fiorentina”nı 2-1 məğlub edib.

Turnirin final oyunu 28 Mayda Polşanın Vroclav şəhərində keçiriləcək.