UEFA Konfrans Liqasının qalibi bəlli olub
Bakı, 29 may, Tsport.az
Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi bəlli olub.
Tsport.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Chelsea” klubları qarşılaşıb. Matç London klubunun qələbəsilə başa çatıb – 4:1.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutan oyunu Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edib.