-->
Dünya Futbolu

UEFA Millətlər Liqasının ilk matçları bu gün keçiriləcək

Bakı, 20 mart, Tsport.az

Bu gün UEFA Millətlər Liqasının 1/4 final və pley-off mərhələlərinin ilk oyunları keçiriləcək.

Tsport.az xəbər verir ki, qarşılaşmalar arasında ən çox maraq doğuran matçlardan biri Türkiyə ilə Macarıstan arasında olacaq.

Türkiyə “Rams Park”da Macarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycanlı futbol azarkeşlərini maraqlandıran digər vacib oyun isə Xorvatiya ilə Fransa arasında baş tutacaq. Bu cütün qalibi, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibi olacaq.

Bugünkü matçların cədvəli belədir:

UEFA Millətlər Liqası
20 mart

1/4 final

  • 23:45. Xorvatiya – Fransa
  • 23:45. İtaliya – Almaniya
  • 23:45. Niderland – İspaniya
  • 23:45. Danimarka – Portuqaliya

A və B Liqaları
Pley-off, ilk oyunlar

  • 21:00. Türkiyə – Macarıstan
  • 23:45. Avstriya – Serbiya
  • 23:45. Ukrayna – Belçika
  • 23:45. Yunanıstan – Şotlandiya

B və C Liqaları
Pley-off, ilk oyunlar

  • 21:00. Ermənistan – Gürcüstan
  • 23:45. Slovakiya – Sloveniya
  • 23:45. Bolqarıstan – İrlandiya
  • 23:45. Kosovo – İslandiya

Qeyd edək ki, tərəflər arasında cavab görüşləri martın 23-də keçiriləcək.