UEFA Millətlər Liqası finalında faciəvi hadisə
Bakı, 9 iyun , Tsport.az
UEFA Millətlər Liqası finalında Portuqaliya və İspaniya qarşılaşdı. Gərgin keçən matçda əsas vaxt 2:2 hesabı ilə başa çatdı. Qalib penaltilər seriyasında müəyyənləşdi.
Tsport.az xəbər verir ki, Portuqaliya penaltilərdə 5:3 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə Millətlər Liqasının çempionu oldu. Daha əvvəl 2019-cu ildə bu titulu qazanan Portuqaliya, uğurunu təkrarladı.
Lakin finalın coşqusunu kölgələyən faciəvi hadisə baş verdi. Matçın uzatma dəqiqələrində bir azarkeş tribunadan media üçün ayrılmış bölməyə düşdü. Tibb işçilərinin dərhal müdaxiləsinə baxmayaraq, azarkeşin həyatını xilas etmək mümkün olmadı və onun vəfat etdiyi açıqlandı.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente matçdan sonra verdiyi açıqlamada bu acı hadisəni təsdiqlədi. Futbol dünyası həm Portuqaliyanın tarixi qələbəsini, həm də yaşanan faciəni eyni anda yaşadı.