UEFA prezidenti: “Futbol qırılma nöqtəsinə gələ bilər”
Bakı, 8 oktyabr, Tsport.az
” Avropanın aparıcı klubları liqa oyunlarını xaricdə keçirməyə başlasa, bu addım futbolun balansını poza və idmanın mahiyyətini sarsıda bilər.”
Tsport.az xəbər verir ki, bu sözləöri UEFA prezidenti Aleksander Ceferin çıxışında qeyd edib. Ceferin bildirib ki, belə planlar azarkeşlər üçün idmanın ruhuna zidd olacaq:
“Futbol yerli azarkeşlər üçündür. Liqa oyunlarını başqa ölkələrdə keçirmək, bu tarixi bağları qoparmaq deməkdir. Bu, futbolu sındıra bilər.”
UEFA rəhbəri əlavə edib ki, qurum yerli liqaların beynəlxalq kommersiya məqsədilə dəyişdirilməsinə qarşı çıxır və bu cür təkliflərin idmanın ədalətli rəqabət prinsiplərinə zərər verə biləcəyini vurğulayıb.
Xatırladaq ki, son vaxtlar bəzi klublar və liqalar, o cümlədən İngiltərə Premyer Liqası və La Liga, gələcəkdə bəzi oyunların ABŞ və Yaxın Şərqdə keçirilməsi ideyasını müzakirə ediblər.