Uels birbaşa vəsiqə qazanmaq şansını itirib
Bakı, 14 oktyabr, Tsport.az
Uels millisi DÇ-2026-nın seçmə mərhələsində Belçikaya 2:4 hesabı ilə uduzaraq birbaşa vəsiqə qazanmaq şansını itirib.
Baş məşqçi Kreyq Bellami komandası Belçikaya qarşı son 5 oyunun 4-də uduzub.
Bellami matçdan sonra deyib:
“Biz qalib gəlmək üçün gəlmişdik. Bilirdik ki, heç-heçə bizi birinci yerə çıxarmayacaq. Amma bu cür güclü komandalarla oynamaq həm çətindir, həm də zövqlüdür. Oyunçularımla qürur duyuram.”
Uels indi pley-off mərhələsinə ümid edir.