UFC çempionuna 5 il həbs cəzası verilib
Bakı, 25 mart, Tsport.az
Amerikalı UFC çempionu Cain Velasquez Santa-Klara məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib.
Tsport.az xəbər verir ki, 42 yaşlı idmançı 2022-ci ildə adam öldürməyə cəhd və odlu silahdan qanunsuz istifadə ittihamları ilə mühakimə olunub.
Prokurorluq əvvəllər Cain Velasquez üçün ən azı 30 il və ya ömürlük həbs tələb edirdi.
Xatırladaq ki, 2022-ci ilin fevralında UFC çempionu oğluna cinsi təcavüzdə şübhəli bilinən şəxsin avtomobilinə atəş açmışdı. Atışma zamanı bir nəfər yaralanmış və Velasquez həbs olunmuşdu.