UFC: Strickland qəfəs davadan sonra 6 aylıq cəzalandırıldı
Bakı, 21 avqust, Tsport.az
Keçmiş UFC çempionu Sean Strickland 29 iyun tarixində Las Veqasda keçirilən qarışıq döyüş sənətləri tədbirində iştirak etdiyi davaya görə 6 ay döyüşməkdən uzaqlaşdırılıb.
Tsport.az xıbər verir ki, 34 yaşlı Strickland Tuff-N-Uff tədbirində “Miles Hunsinger”in künc məşqçisi kimi iştirak edirdi. Lakin Hunsinger’in döyüşdən sonra rəqibi Luis Hernandez’in təhqiramiz hərəkətlərinə əsəbləşərək digər döyüşçüyə hücum edib.
Nevada Dövlət Atletika Komissiyası (NSAC) qərara alıb ki, Strickland qəzəbə nəzarət kursunu başa vurarsa, cəza 6 aydan 4,5 aya endiriləcək. Bundan əlavə, amerikalı döyüşçüyə £3,730 ($5,000) məbləğində cərimə və hüquqi xərclər tətbiq olunub.
Hadisə zamanı digər UFC döyüşçüsü Chris Curtis də iştirak edib. Kadrlarda Strickland’ın Hernandez’ə yumruq atdığı görünür. Curtis isə £1,860 cərimələnib, amma diskvalifikasiyadan yayınıb.
NSAC sədri Dallas Haun Strickland’ın hadisədən dərhal sonra üzr istəməsinin prosesi asanlaşdırdığını bildirib:
“O, davranışına görə üzr istədi. Birinin məsuliyyəti üzərinə götürməsi və nəticədə bütün tərəflərin razı qalacağı həll yoluna gəlməsi bizim üçün vacib idi.”
Cəza 29 dekabrda başa çatacaq, əgər qəzəb kursunu keçsə daha tez də bitə bilər.
Strickland UFC-də qalmaqallı sima kimi tanınır, qadın hüquqları ilə bağlı sərt açıqlamaları və qadın MMA’sını izlənilməz adlandırması ilə tez-tez tənqid olunur. O, son dəfə fevral ayında rinqə çıxıb və keçmiş UFC orta çəki çempionu Dricus du Plessis’ə uduzub.
Zəhra Mansırova