Digər

UFC ulduzları Bakıya gəlir

Bakı, 16 may, Tsport.az

UFC-nin məşhur ulduzları Bakıya gələcək.

Tsport.az xəbər verir ki, UFC-nin Şöhrət zalının üzvü və orta çəkidə keçmiş çempionu Michael Bisping təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.

Bisping, Brendan Fitzgerald və Paul Felder iyunun 21-də “Baku Crystal Hall”-da baş tutacaq UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Bruce Buffer yarışın oktaqon aparıcısı olacaq.

Gecənin əsas qarşılaşması UFC-nin yarım ağır çəkidə keçmiş çempionu Jamahal Hill ilə titulun keçmiş iddiaçısı Khalil Rountree arasında baş tutacaq. Maraqla gözlənilən döyüşlərdən biri isə Azərbaycan təmsilçisi Rafael Fizievlə Ignacio Bahamondes arasında yüngül çəkidə keçiriləcək.