Uğurcan Çakır üçün 10 milyon avro
Bakı, 7 iyun , Tsport.az
“Trabzonspor“un kapitanı Uğurcan Çakırın gələcəyi transfer bazarında gündəm olub. “Fenerbahçe” və “Galatasaray” da maraqlansa da, fransız klubu “Monaco” da transfer yarışına qoşulub.
Tsport.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, “Monaco” klubu 29 yaşlı qapıçı üçün 10 milyon avro təklif edib. “Trabzonspor” rəhbərliyi bu təklifi dəyərləndirir və oyunçunun karyerasını Avropada davam etdirmək istəyini nəzərə alaraq, onun keçidi üçün asanlıq yarada biləcəyi bildirilir.