Ukraynalı futbolçu “Real Madrid”in diqqət mərkəzində
Bakı, 23 avqust, Tsport.az
Ukraynalı futbolçu Artem Stepanov İspaniya nəhəngi “Real Madrid“in maraq dairəsinə düşüb.
Tsport.az xəbər verir ki, müqavilə ilə Almaniyanın “Bayer 04” klubuna məxsus olan 18 yaşlı futbolçu hazırda icarə əsasında “Nürnberg”də çıxış edir.
“Real Madrid”in skautinq şöbəsinin rəhbəri Juni Calafat gənc oyunçunu “Manchester City”nin norveçli hücumçusu Erling Haaland-a bənzədir.
Stepanov bu mövsüm II Bundesliqada özünü doğrultsa, “Kral klubu” gələn yay onu transfer etməyi planlaşdırır.