Ulduz futbolçu “Al Hilal”ın təklifini rədd edib
Bakı, 3 iyun, Tsport.az
“Manchester United”ın ulduz futbolçusu Bruno Fernandes Səudiyyə Ərəbistanının “Al Hilal” klubunun cazibədar təklifini qəbul etməyib.
Tsport.az xəbər verir ki, portuqaliyalı oyunçu uzun müddətdir ki, “Al Hilal”ın transfer hədəfi idi. Səud klubu Fernandesə maaşını dörd dəfə artırmağı və 100 milyon funt-sterlinq qarşılığında transferini reallaşdırmağı təklif etmişdi.
Lakin futbolçu Avropada qalmaq qərarına gəlib. 2024/25 mövsümündə Bruno Fernandes 57 oyunda iştirak edib, 19 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.