Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq tennis turnirinə start verilib
Bakı, 6 may, Tsport.az
Gənclər və İdman Nazirliyi, Azərbaycan Tennis Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 14-16 yaşlı idmançıların mübarizəsinə start verilib.
Tsport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan yarışda 13 ölkədən 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edir.
Yerli idmançılardan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova qalib adı uğrunda mübarizə aparır.
Bu yaş kateqoriyasında yarış mayın 10-dək davam edəcək.