Dünya Futbolu

Unai Simon, “Atletico”nun marağında

Bakı, 4 aprel, Tsport.az

“Atletic Bilbao”nun qapıçısı Unai Simon, Madridin “Atletico” klubunun diqqət mərkəzindədir.

Tsport.az xəbər verir ki, 27 yaşlı qolkiper, Madrid təmsilçisində çıxış etmək üçün potensial namizəd olaraq göstərilir. Simon, 32 yaşlı qapıçı Jan Oblakın əvəzləyicisi kimi nəzərdən keçirilir.

O, 2018-ci ilin yayından etibarən “Atletic Bilbao”da oynayır və hazırda klubla olan müqaviləsi 2029-cu ilin iyununa qədər davam edir.