“Üzərində işləməli olduğumuz məqamlar var”
Bakı, 4 sentyabr , Tsport.az
Misli Premyer Liqası nın III turunda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub.
Tsport.az xəbər verir ki, 2-1 hesabı ilə başa çatan matçdan sonra “Qəbələ “nin üzvü DominMassumo fikirlərini bizimlə bölüşüb:
– Asan qarşılaşma deyildi, kifayət qədər çətin oyun oldu. Pis çıxış etmədik, amma hələ də üzərində işləməli olduğumuz məqamlar var.
*– Komandanız üstünlüyü qoruya bilmədi. Səbəb nə idi?*
– Bəli, ilk olaraq hesabda önə keçmişdik, lakin sonradan üstünlüyü əldən verdik. İki ciddi səhv etdik və bu, nəticəyə birbaşa təsir etdi. İkinci hissədə oyuna dönmək üçün çalışdıq, lakin istədiyimiz nəticəni əldə edə bilmədik.
*– Buna baxmayaraq komandanın performansını necə qiymətləndirirsiniz?*
– Mən komandama hər zaman inanıram. Bütün oyunçular sona qədər mübarizə apardı. İndi daha çox çalışmalı və yol verdiyimiz səhvləri aradan qaldırmalıyıq.
*– Müdafiənin çıxışını necə dəyərləndirirsiniz?*
– Müdafiə xətti mübariz oldu, amma müəyyən boşluqlar var idi. Əsasən ikinci hissədə buraxdığımız qoldan sonra daha diqqətli olmalı idik. Bu istiqamətdə işləməyə davam edəcəyik.
Bahar Rüstəm