Və razılaşma tamam! Renato Sanches Türkiyəyə gəlir
Bakı, 20 avqust , Tsport.az
“Trabzonspor”, transferdə sürpriz addıma imza atmaq üzrədir.
Tsport.az xəbər verir ki ,Fransanın L’Equipe nəşrinin məlumatına görə,
“ PSG”dən Renato Sanchesi icarəyə götürməyə çox yaxındır. Xəbərdə qeyd olunur ki, “Panathinaikos” da portuqaliyalı yarımmüdafiəçi ilə maraqlanırdı, lakin oyunçu son anda seçimini “Trabzonspor”un xeyrinə edib.
Keçən mövsüm Renato Sanches ötən mövsümü “Benfica”da icarədə keçirib və 21 oyunda 1 qol vurub. 2022/23 mövsümündə “Lille”dən “PSG”yə transfer olunan 26 yaşlı futbolçu, üç mövsümdür Paris klubunun heyətindədir.
Aytac Mustafayeva