Dünya Futbolu

“Valencia” evdə qələbə qazandı

Bakı, 12 aprel, Tsport.az

İspaniya LaLiga EA Sports çempionatının XXXI turu çərçivəsində “Valencia” və “Sevilla” komandaları arasında maraqlı qarşılaşma baş tutub.

Tsport.az xəbər verir ki, Mestalla Stadionunda oynanılan görüşün taleyini tək bir qol həll edib. “Valencia”, ilk hissənin son dəqiqəsində vurduğu qolla azarkeşlərini sevindirib və üç xalı hanesine yazdırıb.

Bu nəticədən sonra “Valencia” xallarını 37-yə çatdıraraq turnir cədvəlində “Sevilla”nı geridə qoyub. “Sevilla”, 36 xalla bir pillə geriləyərək 13-cü yerə düşüb.