Formula 1

Verstappen üçün çətin dövr

Bakı, 29 iyul, Tsport.az

“Red Bull Racing” komandasının aparıcı pilotu Maks Ferstappen son üç Qran-pridə mükafatçılar sırasında yer ala bilməyib. Bu isə onun 2019-cu ildən bəri keçirdiyi ən uğursuz seriyadır.

Tsport.az xəbər verir ki, Niderlandlı sürücü əvvəlcə Avstriyada texniki problemlərlə qarşılaşaraq yarışı yarımçıq dayandırmalı olub. Ardınca Silverstoundakı İngiltərə Qran-prisində finiş xəttinə beşinci çatıb. Belçika mərhələsində isə Ferstappen dördüncü yeri tutmaqla yenidən podiumdan kənarda qalıb.

Qeyd edək ki, oxşar nəticə Ferstappenin karyerasında son dəfə 2018-ci ildə qeydə alınmışdı. Həmin vaxt o, Rusiya, Yaponiya və Meksika mərhələlərində də fəxri kürsüyə çıxa bilməmişdi.

Hazırda Maks Ferstappen ümumi 185 xalla sürücülər sıralamasında üçüncü pillədə qərarlaşıb. Liderlik isə 266 xalla “McLaren” komandasının gənc ulduzu Oskar Piastri-yə məxsusdur.