Victor Osimhen İngiltərəyə yola çıxa bilər
Bakı, 9 aprel, Tsport.az
Galatasarayda icarə əsasında çıxış edən nigeriyalı hücumçu Victor Osimhenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi mümkündür.
Tsport.az xəbər verir ki, “Manchester United” və “Chelsea” klubları Osimhenin xidmətlərini əldə etmək üçün maraq göstərir. 26 yaşlı futbolçu hazırda “Napoli” ilə müqaviləyə malikdir.
“Napoli” klubu, Osimhenin transferi üçün 70 milyon avro tələb edir.
Bu mövsüm ərzində Osimhen 32 oyunda 28 qol vurub və 5 məhsuldar ötürmə ilə böyük bir fərq yaradıb.