Victor Osimhen “Napoli”nin düşərgə heyətində yer almadı
Bakı, 17 iyul, Tsport.az
İtaliyanın “Napoli” klubu yeni mövsüm öncəsi hazırlıq düşərgəsi üçün heyətini açıqlayıb. Klubun yay düşərgəsi İtaliyanın Dimaro bölgəsində başlayır.
Tsport.az xəbər verir ki, futbolçular üç günlük tibbi və fiziki testlərdən sonra hazırlıqlara start verəcəklər. Lakin heyətdə Nigeriyalı hücumçu Victor Osimhenin adı yer almayıb.
Qeyd edək ki, Osimhen ötən mövsüm “Galatasaray”da icarə əsasında çıxış etmişdi. İstanbul təmsilçisi onun transferi üçün ciddi səylər göstərir.
“Napoli”nin düşərgə heyətində yer alan futbolçular bunlardır:
Anguissa, Buongiorno, Coli Saco, Contini, De Bruyne, Di Lorenzo, Ferrante, Gilmour, Hasa, Juan Jesus, Lang, Lobotka, Lukaku, Marianucci, Mazzocchi, McTominay, Meret, Neres, Obaretin, Olivera, Politano, Raspadori, Rrahmani, Sgarbi, Simeone, Spinazzola, Turi, Vergara, Zanoli, Zerbin.