Dünya FutboluMaraqlı

Viktor Gyökeres “Arsenal” azarkeşlərinin qarşısına çıxdı! Sinqapurda coşqulu qarşılama!

Bakı, 27 iyul , Tsport.az

“Arsenal”ın yeni transferi Viktor Gyökeres artıq rəsmi şəkildə komandanın heyətinə qatılıb. İsveçli hücumçu bu gün – 27 iyul tarixində Sinqapur Milli Stadionunda keçiriləcək “Arsenal” – “Newcastle United” qarşılaşmasını stadiondan izləyəcək.

Tsport.az xəbər verir ki,klubun sosial media hesablarında yayımlanan paylaşımda azarkeşlərə çağırış edilib:

”Gooners,let’s give him a big welcome 🤍”

“Gooners, gəlin ona böyük bir qarşılama edək!”

“Emirates” təmsilçisinin yeni formasında təqdim olunan Gyökeres azarkeşlərin gur alqışları ilə qarşılanmağa hazırlaşır. “Arsenal”ın yay turu çərçivəsində keçiriləcək bu oyun, həm də onun ilk dəfə “topçular” azarkeşlərinin qarşısına çıxması ilə yadda qalacaq.

Qeyd edək ki, baş tutan görüşü Arsenal.com vasitəsilə həmçinin klubun rəsmi instagram hesabından izləmək və biletləri əldə etmək mümkündür.

Aytac Mustafayeva