Viktor Gyökeres gələcəyini “Arsenal”da görür
Bakı, 21 iyul , Tsport.az
“Sporting“in hücumçusu Viktor Gyökeres karyerası ilə bağlı seçimində qəti qərar verib. Futbol insayderi Fabrizio Romanonun məlumatına görə, 27 yaşlı isveçli ulduz yalnız “Arsenal” klubuna transfer olunmaq istəyir.
Tsport.az xəbər verir ki, Gyökeresin nümayəndələri artıq “Sporting”əa onun “Manchester United” və digər maraqlanan klubların təkliflərini rədd etdiyini bildiriblər. Hücumçu “Old Trafford”a keçmək fikrində deyil və bütün diqqətini “Arsenal” layihəsinə yönəldib.
Gyökeres Premyer Liqa və UEFA Çempionlar Liqası kimi yarışlarında uğur qazanmaq potensialını “Arsenal”da görür. Onun agenti Hasan Çetinkaya da bu qərarı tam şəkildə dəstəkləyir.
Qeyd edək ki, Viktor Gyökeresin “Sporting” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. O, ötən mövsümdə 52 oyunda 54 qol vuraraq və 13 məhsuldar ötürmə verərək möhtəşəm statistikaya imza atıb.