Viktor Gyökeres transferində xoşbəxt son! 73,5 milyon avro…
Bakı, 22 iyul , Tsport.az
“Sporting” formasını geyinən Viktor Gyökeresin yeni ünvanı bəlli olur.
Tsport.az xəbər verir ki,Fabrizio Romanonun xəbərinə görə, uzun müddətdir gözlənilən transfer reallaşır və Gyökeres “Arsenal”a transfer olacaq. Xəbərdə bütün tərəflərin şifahi razılığa gəldiyi qeyd olunub.
Digər tərəfdən, isveçli hücumçunun transfer məbləğinin 63,5 milyon avro + 10 milyon avro bonus olduğu vurğulanıb. Müqavilənin isə 5 illik imzalanacağı bildirilib.
Qeyd edək ki,keçən mövsüm “Sporting” forması ilə 52 oyuna çıxan 27 yaşlı mərkəz hücumçu bu qarşılaşmalarda 54 qol vurub, 13 qolun ötürməsini verib.
Aytac Mustafayeva