“Villarreal”, “Chelsea”nin Portuqaliyalı müdafiəçisini transfer etdi
Bakı, 23 avqust, Tsport.az
İspaniyanın “Villarreal” klubu İngiltərənin “Chelsea” komandasında çıxış edən portuqaliyalı müdafiəçi Renato Veiga ilə müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, 22 yaşlı futbolçu 2032-ci ilə qədər “Sarı sualtılar”ın formasını geyinəcək.
Karyerası boyunca “Augsburg”, “Juventus”, “Basel” və “Chelsea” kimi klublarda çıxış edən Veiga, 2024–2025 mövsümündə “Chelsea” ilə UEFA Konfrans Liqasının qalibi olub.