Dünya Futbolu

Vinicius Jr: “Real Madrid” xəyallarımın klubudur”

Bakı, 28 iyun , Tsport.az 

Transfer iddialarının gündəmdə olduğu bir vaxtda, “Real Madrid“in braziliyalı ulduzu Vinicius Junior gələcək planları ilə bağlı qəti mövqe sərgiləyib. Xabi Alonso rəhbərliyində yeni dövrə qədəm qoyan “kral klubu”nda çıxış edən 23 yaşlı hücumçu, karyerasını “Real Madrid”də bitirmək istədiyini bəyan edib.

Tsport.az xəbər verir ki, Klublararası Dünya Çempionatının qrup mərhələsində göstərdiyi parlaq oyunla diqqət çəkən Vinicius, Red Bull Salzburg üzərində 3:0 hesablı qələbədən sonra belə deyib:
“Ümid edirəm burada uzun illər qala bilərəm. Hər zaman buranın həyatımın klubu olduğunu demişəm. Yeni baş məşqçi və texniki heyətlə çox xoşbəxtəm.”

Mövsümə Kylian Mbappenin yoxluğunda hücumçu kimi başlayan Vinicius, bu rolu qəbul etdiyini və həm qollar, həm də assistlərlə komandasına töhfə verdiyini vurğulayıb. Ötən mövsüm 55 oyunda 22 qol və 19 assistlə çıxış edən ulduz futbolçu, 2027-ci ilə qədər müqaviləsinin olduğunu, lakin klubun bu müddəti daha da uzatmaq istədiyini açıqlayıb.