-->
Dünya Futbolu

Vinícius Júnior iki illik futboldan uzaqlaşdırıla bilər

Bakı, 23 aprel, Tsport.az

“Real Madrid”in braziliyalı hücumçusu Vinícius Júnior iki illik futboldan uzaqlaşdırıla bilər.

Tsport.az xəbər verir ki, bu risk futbolçunun atasının rəhbərlik etdiyi şirkətin bir neçə peşəkar futbol klubuna sahib olması ilə bağlıdır.

İddialara görə, peşəkar oyunçu olduğu halda ailə üzvünün belə fəaliyyəti FIFA qaydalarına ziddir. Artıq Braziliyada fəaliyyət göstərən bir şirkət FIFA-ya rəsmi müraciət edərək Viniciusun iki il müddətinə diskvalifikasiya olunmasını tələb edib.

Qeyd edək ki, 24 yaşlı hücumçu “Flamengo”nun yetirməsidir və 2018-ci ildə “Real Madrid”ə transfer olunub. Onun adı bu günlərdə klubla yeni müqavilə uzadılması xəbərləri ilə də gündəmdə idi.