Vinicius Junior penalti qaçırdı,“Real Madrid”90’+5’də məyus oldu.
Bakı, 5 aprel, Tsport.az
” Real Madrid”, Türkiyəli milli futbolçu Arda Gülerin 85-ci dəqiqədə oyuna daxil olduğu qarşılaşmada, öz meydanında “Valencia”ya 90+5-ci dəqiqədə buraxdığı qolla 2-1 hesabı ilə məğlub oldu.
Tsport.az xəbər verir ki, La Liganın 30-cu turunda “Real Madrid” öz meydanında “Valencia”nı qəbul edib. Santiago Bernabeu stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.
VINICIUS JUNIOR PENALTİ QAÇIRDI
Qonaqlara qələbə gətirən qolları 15-ci dəqiqədə Mouctar Diakhaby və 90+5-ci dəqiqədə Hugo Duro vurub. “Real Madrid”in yeganə qolunu isə 50-ci dəqiqədə Vinicius Junior vurub. O, 13-cü dəqiqədə penalti imkanından yararlana bilməyib.
17 İLDƏN SONRA GƏLƏN QƏLƏBƏ
“Valencia” bu nəticə ilə 17 ildən sonra Santiago Bernabeu da “Real Madrid” üzərində qələbə qazanıb. Eyni zamanda, qonaq komanda bu mövsüm ilk dəfə səfərdə üç xal əldə edib.
Aytac Mustafayeva