-->
Dünya Futbolu

Vinicius Junior “Real Madrid”lə yeni müqaviləyə yaxın – dəyəri 200 milyon avro

Bakı, 23 aprel, Tsport.az

“Real Madrid” braziliyalı hücumçusu Vinícius Júnior ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Tsport.az xəbər verir ki, klub mövsümün sonunda 24 yaşlı futbolçu ilə mövcud müqavilənin daha 2-3 il uzadılması barədə rəsmi açıqlama yayacaq.

Hazırda Viniciusla olan müqavilə 2027-ci ilin iyununa qədər qüvvədədir. Məşhur “Transfermarkt” portalı onun bazar dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Gənc hücumçu cari mövsümdə bütün yarışlar üzrə 46 oyunda meydana çıxaraq 20 qol vurub və 14 assist edib.