Dünya Futbolu

Vinicius “Real Madrid”də 300-cü matçına çıxıb

Bakı, 2 mart, Tsport.az

İspaniya La Liqasının XXVI turunda “Real Madrid” və “Real Betis” arasında baş tutan qarşılaşma Vinicius Júnior üçün xüsusi əhəmiyyət daşıyıb.

Tsport.az xəbər verir ki, 25 yaşlı braziliyalı hücumçu “Kral klubu”-nun heyətində 300-cü oyununa çıxıb. Bu müddət ərzində o, 102 qol vurub və 76 məhsuldar ötürmə ilə yadda qalıb.

Qarşılaşma isə “Real Betis”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb.