Dünya Futbolu

Vinisius Junior “Real”ın məşqində iştirak etməyib

Bakı, 14 mart, Tsport.az

İspaniyanın “Real” klubunun ulduz futbolçusu Vinicius Junior, “Villarreal” ilə keçiriləcək La Liqanın XXVIII turu öncəsi komanda ilə məşqdə iştirak etməyib.

Tsport.az xəbər verir ki, bu barədə yerli AS nəşri xəbər yayıb.

Madrid təmsilçisinin baş məşqçisi Carlo Ancelotti, braziliyalı oyunçunun daha çox istirahətə ehtiyacı olduğunu bildirib və Vinicius Junior-un yorğun olduğu üçün məşqi buraxdığını açıqlayıb.

Qeyd edək ki, “Villarreal” – “Real” görüşü martın 15-də, Bakı vaxtı ilə 21:30-da başlayacaq.