Vinsent Thill “Zirə”də
Bakı, 8 iyul , Tsport.az
“ Zire”klubu növbəti transferini açıqlayıb. Paytaxt təmsilçisi Lüksemburqlu Vinsent Thill ilə anlaşıb.
Tsport.az xəbər verir ki , Klubun rəsmi “Instagram” hesabında yayımlanan məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki,Peşəkar karyerası ərzində Fransanın “Metz”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro” və AIK klublarında forma geyinən Thill, son olaraq Azərbaycan Premyer Liqasında “Sabah”da çıxış edib.