Voleybol

Voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Bakı, 2 oktyabr,   Tsport.az

Oktyabrın 4-də Avropa çempionatının (EuroVolley 2026) püşkatma mərasimi keçiriləcək. EuroVolley 2026-nın biletləri isə bu il 7 noyabrda satışa çıxacaq.

Qadın voleybolçuların Avropa çempionatı 21 avqust – 6sentyabr tarixlərində keçiriləcək.  Oyunlar Bakı (Azərbaycan),  İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində baş tutacaq. 

Püşkatma mərasimi şənbə günü Bari şəhərindəki məşhur Norman-Swabian Qalasında keçiriləcək. CEV-in “YouTube” kanalında canlı yayımlanacaq mərasimdə ulduz oyunçular və voleybol ailəsinin bir çox üzvü iştirak edəcək. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.